...

Oktyabrın 18-dən Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində dəyişiklik - CƏDVƏL

Cəmiyyət Materials 15 Oktyabr 2015 10:04 (UTC +04:00)
Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Oktyabrın 18-dən Bakı-Sumqayıt elektrik qatarlarının  hərəkətində dəyişiklik - CƏDVƏL

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elmir Murad/

Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, son vaxtlar artan sərnişin sıxlıgını və sərnişinlərin təkliflərini nəzərə alaraq, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılmış, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər: "10-nu Bakı-sərnişin stansiyasından Sumqayıt - sərnişin stansiyasına, 10-nu isə əks istiqamətə".

Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.

Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Baki sərnişin stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt sərnişin stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.

Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI - SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT

C Ə D V Ə L İ

(18.10.2015-ci ildən)

Qatar

№-si

Bakıdan

getmə

vaxtı

İ s t i q a m ə t

Sumqayıt-sərn.

çatma

vaxtı

Qatar

№-si

Sumqayıt-sərn.

getmə

vaxtı

İ s t i q a m ə t

Bakıya

çatma

vaxtı

6001

5-00

Bakı-Sumqayıt-sərn.

5-48

6002

7-00

Sumqayıt-sərn.-Bakı

7-48

6003

5-20

Bakı-Sumqayıt-sərn.

6-08

6004

7-30

Sumqayıt-sərn.-Bakı

8-18

6005

5-35

Bakı-Sumqayıt-sərn.

6-23

6006

7-45

Sumqayıt-sərn.-Bakı

8-33

6007

5-50

Bakı-Sumqayıt-sərn.

6-38

6008

8-00

Sumqayıt-sərn.-Bakı

8-48

6009

8-30

Bakı-Sumqayıt-sərn.

9-18

6010

9-30

Sumqayıt-sərn.-Bakı

10-18

6011

16-00

Bakı-Sumqayıt-sərn.

16-48

6012

17-10

Sumqayıt-sərn.-Bakı

17-58

6013

17-35

Bakı-Sumqayıt-sərn.

18-23

6014

18-40

Sumqayıt-sərn.-Bakı

19-28

6015

18-30

Bakı-Sumqayıt-sərn.

19-18

6016

20-00

Sumqayıt-sərn.-Bakı

20-48

6017

19-00

Bakı-Sumqayıt-sərn.

19-48

6018

20-50

Sumqayıt-sərn.-Bakı

21-38

6019

19-50

Bakı-Sumqayıt-sərn.

20-38

6020

21-20

Sumqayıt-sərn.-Bakı

22-08

Məqalədə:
Xəbər lenti

Xəbər lenti