...

Nazir müavini: Cəmiyyətdə gənclərimizin fəallığı kifayət qədər nümayiş olunur

Cəmiyyət Materials 15 Oktyabr 2015 12:07 (UTC +04:00)
Bu gün cəmiyyətdə gənclərimizin fəallığı kifayət qədər nümayiş olunur.
Nazir müavini: Cəmiyyətdə gənclərimizin fəallığı kifayət qədər nümayiş olunur

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün cəmiyyətdə gənclərimizin fəallığı kifayət qədər nümayiş olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev "Dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət" mövzusunda keçirilən 1-ci beynəlxalq konfransda çıxışı zamanı deyib.

İ.Babayevin sözlərinə görə, dövlət gənclərin inkişafını təmin etmək üçün bu sahəyə hər il kifayət qədər vəsait ayırır: "Son 10 il ərzində bu vəsaitin həcmi 100 dəfə artıb. On il əvvəl təxminən 245 min manat həcmində olan büdcə bu gün 24 milyon manata catıb".

İ.Babayev bu sahəyə ayrılan vəsaitin artım göstəricisinin postsovet məkanında xüsusilə fərqləndiyini də nəzərə çatdırıb: "Azərbaycanda 20 ildən artıqdır ki, milli gənclər siyasəti formalaşıb. 20 il keçmişə baxdıqda görə bilərik ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Çox istərdim ki, Azərbaycanda fəaliyyət göstərən özəl qurumlar və dövlət qurumları olaraq, biz gənclərimizin təşəbbüslərinə daha yaxından dəstək verək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti