...

Bakı Yol Polisi İdarəsindən Aşura xəbərdarlığı

Cəmiyyət Materials 23 Oktyabr 2015 11:06 (UTC +04:00)
Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək
Bakı Yol Polisi İdarəsindən Aşura xəbərdarlığı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Sabah Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində yerləşən məcsidlər və onlara bitişik yollar istiqamətində bütün avtomobil vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (DYPİ) məlumat verilib.

Bakı Yol Polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsəsilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

Bakı Yol Polisi məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etmək tövsiyə edir.

DYPİ-dən verilən məlumat qeyd olunur ki, tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək.

Qeyd edək ki, bu il Aşura günü oktyabrın 24-nə təsadüf edir.

Xatırladaq ki, Aşura günü ilə bağlı Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti