...

Müdafiə Nazirliyi hərbi hissə komandirinin vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 20 Noyabr 2015 11:02 (UTC +04:00)
Müdafiə Nazirliyi (MN) N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirib.
Müdafiə Nazirliyi hərbi hissə komandirinin vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirdi

Bakı. Trend:

Müdafiə Nazirliyi (MN) N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifəsindən azad edilməsi məsələsinə aydınlıq gətirib.

MN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Surxay Hüseynovun tutduğu vəzifədən azad edilməsi barədə məlumat əsassızdır.

Nazirliyin məlumatında bildirilir ki, polkovnik-leytenant S.Hüseynovun xidmətində aparılan araşdırma nəticəsində cinayət əməli olmayan müəyyən çatışmazlıqlar aşkar edilib. O, xidməti zərurətlə əlaqədar bir hərbi hissədən digər hərbi hissəyə daha az həcmli iş olan bərabər vəzifəyə təyin edilib.

MN ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan məqam - yaxın qohumların eyni qurumda çalışması məsələsinə də toxunaraq bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində yaxın qohumların təsnifi verilmişdir (maddə 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti