...

Rusiya Muzeylərində Azərbaycana aid bayraqlar aşkar olunub (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2015 11:00 (UTC +04:00)
Rusiyanın Muzeylərində Azərbaycana aid olan bayraqlar aşkar olunub.
Rusiya Muzeylərində Azərbaycana aid bayraqlar aşkar olunub (FOTO)

Bakı. Trend:

Rusiyanın Muzeylərində Azərbaycana aid olan bayraqlar aşkar olunub. Milli Azərbaycan Tarixi Muzeyindən Trend-ə verilən məlumata görə, Rusiyanın Moskva şəhərində elmi ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, t.ü.f.d Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparılır.

Bu günlərdə onun tərəfindən Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın mövcudluğu müəyyən edilib. Qeyd etmək lazımdır ki, Rusiyanın müasir tarixinin araşdırlması üzrə ən böyük mərkəzlərdən olan muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti