...

Nizami rayonunda uşaqlar üçün bayram şənlikləri keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2015 12:56 (UTC +04:00)
Dekabrın 21-i, 24-ü və 28-də Nizami rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün bayram şənlikləri keçirilib.
Nizami rayonunda uşaqlar üçün bayram şənlikləri keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 21-i, 24-ü və 28-də Nizami rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün bayram şənlikləri keçirilib.

Tədbirlərdə Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsindən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və başqaları çıxış edərək uşaqların keyfiyyətli təhsil almalarının, yüksək səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir.

Deyilib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.

Vurğulanıb ki, 31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən ümumxalq bayramıdır. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Xüsusi olaraq, bildirilib ki, Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.

Çıxışlarda qeyd olunub ki, həmrəylik gününün böyük təntənə ilə qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib.

Tədbirdə balacaların hazırladıqları musiqilər, şerlər, Şaxta Babanın, klounların, Maşa və Ayının şən oyunları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Sonda uşaqlara Yeni il hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti