Nazirlikdə əlillik təyinatında şəffaflığın artırılması üçün islahat aparılıb (FOTO)

Nazirlikdə əlillik təyinatında şəffaflığın artırılması üçün islahat aparılıb (FOTO)

Bakı. Trend:

Əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə mühüm islahat tədbirləri həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də müvafiq dəyişikliklər aparılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib. Bu barədə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, Əsasnaməyə görə, bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) tərəfindən 5 (beş) il müddətinə uzadılır. Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlilliyi TSERAS tərəfindən müddətsiz müəyyən edilir. Əsasnamənin 3.1.1 - 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə uzadılır: "Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərə müraciət edərək bildirir ki, əlilliyi olan şəxslərin əlillik müddətlərinin başa çatması səbəbindən səhiyyə müəsissələrinə (müvafiq göndəriş (88 nömrəli forma) almaq məqsədilə), eləcə də zona Tibbi-Sosial Ekspert Komissiyalarına (TSEK) müraciət etmələrinə ehtiyac yoxdur".

S.Müslümov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qurulmuş TSERAS vasitəsilə birinci dərəcə əlillik təyin olunmuş və əlillik müddəti başa çatmış şəxslər avtomatik olaraq ömürlük birinci qrup əlilliyi olan şəxs kimi qeydiyyata alınacaqlar. Həmçinin ikinci və üçüncü dərəcə əlillik təyin edilmiş şəxslərin əvvəlki qayda ilə ildə bir dəfə təkrar əlillik müayinəsindən keçirilməsinə son qoyulur və onların təkrar əlillik müayinəsi əlillik təyin olunduğu vaxtdan beş il sonra aparılacaq: "Ona görə də bir daha bəyan edirik ki, hazırda həmin vətəndaşların təkrar müayinə üçün səhiyyə müəsissələrinin müvafiq göndəriş formaları (88 nömrəli forma) ilə zona Tibbi-Sosial Ekspert Komissiyalarına müraciət etmələrinə ehtiyac yoxdur. Avtomatlaşdırılmış sistem vasitəsilə onların əlillik təyinatının 5 ilədək uzadılması elektron qaydada təmin olunacaq və bu barədə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə (müavinət alma müddətinin uzadılması üçün) və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna (pensiya alma müddətinin uzadılması üçün) məlumat veriləcəkdir".

Nazir bəyan edib ki, bu islahat tədbiri əlilliyin müəyyən olunması sahəsində neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azaldılmasına, şəffaf tibbi-sosial ekspertiza mühitinin formalaşmasına, əlilliyi olan şəxslərin hər il təkrar əlillik üçün müraciət etmələri səbəbindən onlarda yaranan narazılığın aradan qaldırılmasına yönəlib. Qeyd olunanlarla yanaşı, ilkin əlilliyin təyin olunması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə bu sahədə də ciddi dəyişikliklər edilib. Belə ki, yeni, avtomatlaşdırılmış idarəetmə modeli tətbiq olunanadək ilkin əlillik təyinatları barədə qərar zona TSEK-ləri tərəfindən deyil, Nazirlikdə yaradılmış, tibbi-sosial ekspertiza mütəxəssislərindən ibarət səyyar komissiyalar tərəfindən həyata keçirilir.

Komissiyalar müəyyən olunmuş vaxtlarda və müddətlərdə zona TSEK-lərdə olaraq, ilkin əlillik dərəcəsi almaq üçün müraciət etmiş vətəndaşların əlilliyinin müayinəsini aparırlar. İlkin əlillik üçün zona TSEK-lərinə müraciət edən şəxslərə əlillik müayinələrinin aparılacağı vaxt barədə əvvəlcədən məlumat verilir. Səyyar komissiyalar həmin vaxtda müayinələri aparır və müayinələrin nəticələrinə uyğun olaraq əlillik dərəcəsinin təyin olunub-olunmaması barədə yerindəcə qərar qəbul edir, vətəndaşa müayinənin nəticəsi barədə dərhal rəsmi məlumat təqdim olunur.

S.Müslümov diqqətə çatdırıb ki, respublikada əlilliyin və sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri TSERAS-a daxil edilir. Bu informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyəti qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı, "Elektron hökumət" portalı üzərindən "Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi" e-xidmətin istifadəyə verilməsinə şərait yaradıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış bütün şəxslər portala daxil olaraq həmin e-xidməti seçməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala, habelə bu və ya digər təşkilata təqdim etmək üçün əlilliyini təsdiq edən elektron arayış əldə edə bilərlər. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə "E-Hökumət" portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanına malikdirlər.

"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı"  1,26 miyon manatlıq müqavilə imzalayıb
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Azərbaycan nefti bahalaşır
Azərbaycan nefti bahalaşır
Loading Bars
Xəbər lenti
Qarabağ səmalarını artıq ay və ulduz bəzəyir - Ərdoğan
Sumqayıtda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris müəssisəsi aşkarlanıb (FOTO/VİDEO)
Kəlbəcərin sonsuz gözəlliyi (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz Azərbaycan xalqına dayaqsınız
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)
İranın sabiq vitse-prezidenti həbs edildi
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib
“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib
"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı
İraq Türkmən Cəbhəsinin sədri Prezident İlham Əliyevi təbrik edib
Müdafiə Nazirliyinin nəzdində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir
Yerevanda növbəti etiraz aksiyası başlayıb
Polşada fermerlər traktorlarla yolu bağladı
AzəriMed QSC-nin əməkdaşı İlkin Ağakişiyev şəhidlik zirvəsinə ucaldı
Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlara əsaslanan tutarlı cavab verib
Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər - Rusiya KİV
İranda koronavirusdan ölənlərin sayı 50 min nəfəri keçdi
"Napoli"nin stadionuna Maradonanın adı verilib
Belarus portalında Azərbaycanın Vətən müharibəsində Zəfər qazanması barədə məqalə dərc edilib
RİİB-in təşəbbüsü ilə Könüllülər himni hazırlanıb (VİDEO)
Koronavirus xəstəsi ictimai yerdə saxlanılıb (FOTO)
Alban-udin xristian provaslav icmasının sədr müavini Xudavəng monastırına vaiz təyin olunub
50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı (FOTO)
Gəncədə dezinfeksiya aparılıb (FOTO)
6 şəhər və rayonda şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
İqtidarın siyasi dialoq təşəbbüslərinin praktiki nəticələri göz qabağındadır (FOTO)
Mənzildən naməlum meyit tapılıb
İspaniya mediasında Azərbaycan həqiqətlərindən danışılıb
“Regional İnkişaf” İctimai Birliyinin ölkə üzrə könüllülərinin onlayn görüşü keçirilib (FOTO)
“Suqovuşan” elektrik stansiyaları 3 ay ərzində istismara veriləcək (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
"Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb (FOTO)
"Meliorasiya və Su Təsərrüfatı" 1,26 miyon manatlıq müqavilə imzalayıb
Rusiyada yenidən koronavirusa rekord yoluxma qeydə alındı
Azərbaycan nefti bahalaşır
Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz (FOTO/VİDEO)
Təkcə Qarabağ deyil, xalqın 90-cı illərdə dövlətinə sarsılmış inamı geri qayıtdı - Tarixçi
Ermənilər monastrdakı bütün əşyaları məhv ediblər - Xudavəng monastrına təyin olunan vaiz
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
Gələn ilin bayram günləri müəyyənləşib
Könüllülər üçün xüsusi təklif!
İnsanlar qaydalara ciddi riayət etməsə, bizi daha çətin vəziyyət gözləyir - Deputat
Prokurorluq daha 3 COVİD - 19 xəstəsinə cinayət işi başladı
KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi
Vəkillər Kollegiyası erməni təcavüzü ilə bağlı 230 beynəlxalq təşkilata müraciət etdi
DİN-nin şəhid baş leytenantı Kamran Kazımov (FOTO)
Zərdabda yaşayış yerini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Bakıda 25 yaşlı COVİD 19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər
Bərdədə evi tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlandı
Bakıda ad günü keçirən qızlar və restoran sahibi cərimələndi (VİDEO)
Xudavəng monastırının dini varisləri geri qayıtdı - Monastıra vaiz təyin olundu (VİDEO)
İctimai yerlərdə aşkarlanan daha 9 koronavirus xəstəsi barədə cinayət işi başlandı
Bu il Azərbaycana idxal edilən əsas məhsulların siyahısı açıqlanıb
Moskvada koronavirusdan peyvəndləmə başlayıb
“Lexus” hasara çırpılaraq yandı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıb
Bizim üçün qorxu deyilən şey yox idi, ölümdən belə qorxmurduq - Qarabağ qazisi
ABŞ "TikTok"un amerikan seqmentinin son satış tarixini uzatmamağa qərar verdi
Limandakı partlayışdan sonra Beyrutun bərpası 2,5 milyard dollara başa gələcək
TAP 2021-ci ildə boru kəmərinin buraxılış gücünün artırılması məqsədilə sınaq keçirəcək
Renuarın rəsm əsəri 1,18 milyon dollara satıldı
Tayson və Cons arasındakı döyüşdən əldə edilən qazanc açıqlandı
Aİ və Britaniya Brexit mövzusunda razılığa gələ bilmədilər
Avstriyanın sabiq maliyyə naziri korrupsiyaya görə 8 il həbs cəzasına məhkum edildi
ABŞ hərbçiləri Somalini tərk edir
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 628 mindən çox artıb
Azərbaycan könüllüləri portalının təqdimatı keçirilib (FOTO)
Moskvada son sutkada 6 868 koronavirusa yoluxma halı aşkarlanıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
ABŞ bir sıra Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edir
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib (FOTO)
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb (FOTO)
Samux rayonunda evdə partıayış olub
Estoniya prezidenti özünü təcrid edir
Türkiyədə koronavirusdan sağalanların sayı 423 mini keçib
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb
Ailəmin kədərini görmək istəməzdim - Şəhidlə olmayan müsahibə
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər həbs edilib
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Bütün xəbərlər