...

Fırtınalı hava şəraiti ilə əlaqədar Bakı-İstanbul aviareysləri təxirə salınıb

Cəmiyyət Materials 16 Yanvar 2016 21:36 (UTC +04:00)
Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb
Fırtınalı hava şəraiti ilə əlaqədar Bakı-İstanbul aviareysləri təxirə salınıb

Bakı. Trend:

Yanvarın 17-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar "Türk Hava Yolları" (THY) iki Bakı-İstanbul aviareysini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə "Türk Hava Yolları"nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Xatırladaq ki, ilk təyyarə yerli vaxtla saat 06:10-da, ikinci təyyarə isə 20:55-də Bakıdan İstanbula uçmalı idilər.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti