...

Macarıstan səfirliyindən viza almaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 18 Yanvar 2016 17:06 (UTC +04:00)
Yanvarın 25-dən etibarən Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün "IFR System" – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunacaq.
Macarıstan səfirliyindən viza almaq istəyənlərin nəzərinə

Bakı. Trend:

Yanvarın 25-dən etibarən Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün "IFR System" - ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunacaq.

Şöbədən Trend-ə verilən məlumata görə, həmin vaxtdan nömrələrin verilməsi sistemi başa çatır və viza sənədlərinin təqdim olunması üçün səfirliyin Konsulluq şöbəsi ərizəçilərin rezervasiyasını yalnız "IFR System" vasitəsilə qəbul edir.

IFR System-in saytında ərizəçilərə viza "C" üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza "D" üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var.

IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar. "Windows Mobile" sistemindən istifadə edənlər veb-brauzerə bu ünvanı daxil etməlidirlər.

IFR System-in tətbiqi ilə, eyni zamanda Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları aşağıdakı kimi dəyişir: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 09:30-13:00, cümə: 09:30-12:00; hazır vizaların verilməsi - bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16:00, cümə: 15:00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti