...

Dövlət müşaviri: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xaricdə fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 22 Yanvar 2016 11:15 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxili ilə yanaşı, xaricdə də fəaliyyətə başlayacaq.
Dövlət müşaviri: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi xaricdə fəaliyyətə başlayacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkə daxili ilə yanaşı, xaricdə də fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Almaniyanın Drezden şəhərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı fəaliyyətə başlayıb: "Biz bu siyasəti davam etdirəcəyik. Bu il çərçivəsində Azərbaycanın rayonlarında, Rusiyada, Portuqaliyada və başqa ölkələrdə mərkəzlər yaradılacaq".

K.Abdulla qeyd edib ki, dünya universitetlərində multikulturalizm fənninin tədrisi də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti