...

Samir Şərifov: 2016-cı ildə Azərbaycanda inflyasiya 10-12% səviyyəsində proqnozlaşdırılır

Cəmiyyət Materials 24 Yanvar 2016 22:32 (UTC +04:00)
2016-cı ildə Azərbaycanda inflyasiya 10 - 12% səviyyəsində proqnozlaşdırılır.
Samir Şərifov: 2016-cı ildə Azərbaycanda inflyasiya 10-12% səviyyəsində proqnozlaşdırılır

Bakı. Trend:

2016-cı ildə Azərbaycanda inflyasiya 10 - 12% səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.

Maliyyə nazirin sözlərinə görə, bu, ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış yeni sosial-iqtisadi inkişaf konsepsiyasında nəzərdə tutulub: "Manatın devalvasiyası istehlak bazarında qiymətlərə təsir edib. Ona görə də bu il inflyasiya 10-12% səviyyəində gözlənilir".

2015-ci ildə ölkədə inflyasiya 4%, 2014-cü ildə 1,4%, 2013-cü ildə 2,4%, 2012-ci ildə 1,1%, 2011-ci ildə 7,9%, 2010-cu ildə isə 5,7% olub. Ötən il ərzaq malları 6,1%, qeyri-ərzaq malları isə 3,8% bahalaşıb. Pullu xidmətlər üzrə tariflər isə 1,2% bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti