İlk xəbər 10:57-də yayımlanıb
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Təhsil Nazirliyi Xırdalan şəhərinin 9 saylı orta məktəbində şagirdin döyülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalar aparmağa başlayıb.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, bu məsələ ilə bağlı yayılmış video ilə əlaqədar hazırda araşdırma aparılır: "Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək".
X X X
Abşeron Rayon Təhsil Şöbəsinin mətbuat xidmətinin rəhbəri Anar Nağıyev Trend-ə bildirib ki, faktla əlaqədar məktəbin direktoru, müəllim və şagirdin valideyni TN-yə çağırılıb. Hadisə ilə əlaqədar onların izahatları alınır. A.Nağıyev hadisənin bir necə ay əvvəl - oktyabrda baş verdiyini də söyləyib.