...

Xırdalanda şagirdi döyən müəllimlə bağlı qərar

Cəmiyyət Materials 25 Yanvar 2016 17:36 (UTC +04:00)
Abşeron rayon Təhsil Şöbəsi Xırdalanda 9 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi faktı ilə əlaqədar məlumat yayıb.
Xırdalanda şagirdi döyən müəllimlə bağlı qərar

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron rayon Təhsil Şöbəsi Xırdalanda 9 nömrəli tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsi faktı ilə əlaqədar məlumat yayıb.

Rayon Təhsil Şöbəsindən Trend-ə verilən məlumata görə, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdəki hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb.

Hadisənin məktəbin əsas qərarverici orqanı olan Pedaqoji Şurada müzakirə edilməsi və müvafiq qərarın Şura üzvləri tərəfindən verilməsi tövsiyə olunub.

Pedaqoji Şuranın qəbul etdiyi qərarla bağlı əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti