...

25 dildə nəşr olunan kitab Şüvəlan məktəbində (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2016 16:33 (UTC +04:00)
25 xalqın dilində nəşr olunmuş “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabınının ictimaiyyətə təqdim olunması prosesi davam edir.
25 dildə nəşr olunan kitab Şüvəlan məktəbində (FOTO)

Bakı. Trend:

Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Dövlət müşaviri Kamal Abdullayevin baş redaktorluğu ilə 25 xalqın dilində nəşr olunmuş "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabınının ictimaiyyətə təqdim olunması prosesi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Fondun icraçı direktoru Oktay Səmədov və Fondun əməkdaşları bu tədbirlər çərçivəsində Xəzər rayonu 156 nömrəli Şüvəlan qəsəbə tam orta məktəbində olublar.

Məktəbin direktoru Eldəniz Cabbarov qonaqlara rəhbərlik etdiyi təhsil ocağı barədə məlumat verərərk, "Hər sinifdə izim var mənim" kitabını Fondun kitabxanasına hədiyyə edib. Görüşdə iştirak edən Xəzər rayon gənclər idarəsinin rəisi Vüqar Əliyev rayon gənclərinin cəlb olunduğu layihələrdən və Fondla əməkdaşlığın inkişafından danışıb.

Məktəbin şagird və müəllim kollektivi ilə təşkil olunan görüşdə çıxış edən Bilik Fondunun icraçı direktoru 156 saylı məktəbin Fondun "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçısı olduğunu xatırladaraq, şagirdləri qardaş olduqları Qax, Zaqatala, Qəbələ, Əliabad məktəbliləri ilə daimi ünsiyyət saxlamağa çağırıb.

Görüşdə Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə dünya elminə təqdim etdiyi "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" nəşri barədə ətraflı məlumat alan şagirdlərin diqqətinə çatdırılıb ki, Dədə Qorqudun öyüd və nəsihətlərinə əməl edən hər bir insan layiqli vətəndaş kimi formalaşa bilər.

Tədbirdə məktəbin özfəaliyyət dərnəyinin üzvləri "Kitabi-Dədə Qorqud" dastanının motivləri əsasında ədəbi-bədii kompazisiya göstəriblər.

Prezident İlham Əliyev "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin 2015-ci il boyu qeyd edilməsi haqqında Sərəncam imzalamşdı. Bununla yanaşı, 2016-cı il Multikulturalizm ili elan olunub. 25 xalqın dilində nəşr olunmuş "Kitabi-Dədə Qorqud". Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" kitabınının geniş ictimai təqdimatı hər iki dəyərin çuğlaşmasının göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti