...

Səfir: Bakıda keçirilən Dünya Kuboku İsrail gimnastları üçün yaxşı təcrübə olacaq (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2016 19:25 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku israilli idmançılar üçün yaxşı təcrübə olacaq.
Səfir: Bakıda keçirilən Dünya Kuboku İsrail gimnastları üçün yaxşı təcrübə olacaq (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku israilli idmançılar üçün yaxşı təcrübə olacaq. Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

O bildirib: "Qeyd etmək istəyirəm ki, bəzi gimnastlarımız yaxşı nəticələr göstərdi, bunu bacarmayanlar üçün isə bu yarışma karyeralarında vacib turnir oldu. Onlardan bəziləri çox gəncdirlər, bu onlar üçün ilk yarışdır və ola bilsin ki, nə vaxtsa Olimpiya medalını qazananda öz yollarına Bakıdan başladıqlarını xatırlayacaqlar".

Səfir qeyd edib ki, Azərbaycanda gimnastika üzrə yarışlarda ilk dəfə iştirak edir və təşkilatçılıqdan, yaradılmış şəraitdən çox razıdır: "Təəssüf edirəm ki, çox uğurla keçirilən I Avropa Oyunlarının başa çatmasından sonra Azərbaycanda səfir təyin edildim. Burada yaradılmış yüksək səviyyəli şəraiti, çox gözəl qonaqpərvərliyi gördüm və yüksək təşkilatçılıq səviyyəsi məndə xoş təsir bağışladı. İdmançılarımız da onlar üçün yaradılmış şəraitdən razıdırlar. Onlar mənimlə təəssüratlarını bölüşdülər".

D.Stav əlavə edib ki, Dünya Kubokunun açılış mərasimi milli koloritlə zəngin idi və bu onun çox xoşuna gəldi: "Açılış mərasimi çox xoşuma gəldi. O, Azərbaycan koloriti və gözəl milli musiqi ilə rəngarəng, çox gözəl kompozisiya idi. Gimnastika elementləri ilə rəqslərin kombinasiyası xüsusilə xoşuma gəldi".

Qeyd edək ki, yarışların ilk günündə beş israilli idmançı iştirak edib. Onlardan Artyim Dolqopyat gimnastika atı və sərbəst hərəkətlər, Aleksandr Şatilov sərbəst hərəkətlər və Tsuf Feldon müxtəlif hündürlüklü qollar üzrə finala yüksəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti