...

İdman mərc oyunları ilə bağlı qanunda dəyişiklik edilir

Cəmiyyət Materials 3 Mart 2016 15:02 (UTC +04:00)
Mərc oyunlarına nəzarət “Maliyyə Bazarlarına Nəzarət Palatası ” publik hüquqi şəxsə veriləcək.
İdman mərc oyunları ilə bağlı qanunda dəyişiklik edilir

Bakı. Trend:

Mərc oyunlarına nəzarət "Maliyyə Bazarlarına Nəzarət Palatası " publik hüquqi şəxsə veriləcək.

Bu bərədə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov komitənin iclasında deyib.

Deputat qeyd edib ki, idman mərc oyunlarına nəzarət funksiyasının yeni orqana verilməsi "Bədən tərbiyəsi və idman haqqında" qanuna idman mərc oyunları ilə bağlı yeni dəyişikliklərdə öz əksini tapıb.

"Dəyişikliyə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənir.

Digər dəyişikliyə görə isə, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir".

Qeyd edək ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti