...

Metro stansiyalarında Vaqif Mustafazadənin əsərləri səsləndiriləcək

Cəmiyyət Materials 16 Mart 2016 11:45 (UTC +04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dünyaşöhrətli azərbaycanlı cazmen, pianoçu Vaqif Mustafazadənin doğum günü ilə əlaqədar növbəti ilkə imza atıb
Metro stansiyalarında Vaqif Mustafazadənin əsərləri səsləndiriləcək

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dünyaşöhrətli azərbaycanlı cazmen, pianoçu Vaqif Mustafazadənin doğum günü ilə əlaqədar növbəti ilkə imza atıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, bununla bağlı təmsil etdiyi qurum 106.3 FM radiosu ilə birgə layihə hazırlayıb.

Bu gün məhşur cazmenin doğum günü ilə əlaqədar Bakı Metropoliteninin bütün stansiyalarında 106.3 FM-də hazırlanmış, cazmenin xatirəsinə həsr olunmuş xüsusi efir yayımlanacaq. Bir neçə saatlıq efir metrostansiyalarda günorta saat 15:00-da başlayacaq və axşam saatlarınadək davam edəcək.

Xatırladaq ki, bəstəkar, pianoçu, caz-muğam üslubunun ustadı, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda İçəri Şəhərdə dünyaya göz açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti