Leyla Əliyeva: İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir

Leyla Əliyeva: İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir

Bakı. Trend:

Martın 16-da ADA Universitetində "Qlobal perspektivə dair məruzələr seriyası" çərçivəsində "İqlim dəyişmələri və qlobal istiləşmə" mövzusunda elmi mühazirə dinlənilib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər.

"Qlobal istiləşmə bütün ölkələri düşündürən prioritet sahələrdən hesab olunur", - deyən Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi təhsil ocağında bu məsələyə həmişə aktual yanaşıldığını bildirdi. Rektor dedi ki, universitetdə ekologiya və enerji məsələləri ilə bağlı yaradılan mərkəzdə geniş araşdırmalar aparılır.

ADA Universitetinin fəaliyyəti haqqında qısa məlumat verən Hafiz Paşayev Azərbaycanda zəngin enerji resurslarının olduğunu vurğuladı. O bildirdi ki, universitetin əsas ideologiyası da ölkənin resurslarını, ətraf mühiti qorumaq və ona sağlam münasibət göstərməkdir. Rektor ətraf mühitin qorunması üçün ADA Universitetinin ağacəkmə kampaniyalarında da fəal iştirak etdiyini diqqətə çatdırdı.

"İqlim dəyişikliyi və qlobal istiləşmə" mövzusunda elmi mühazirə oxuyan fəza araşdırmaları üzrə tanınmış alim, ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsində dərs deyən professor Roald Saqdeyev ötən ilin dekabrında Parisdə iqlim dəyişikliyinə həsr olunan sammitin uğurla keçdiyini dedi. Alim vurğuladı ki, Paris Sammiti qlobal istiləşmənin qarşısını almaq üçün qarşıya qoyulan məqsədlərə tam çatacağımıza təminat vermir. Roald Saqdeyev qeyd etdi ki, qlobal istiləşmə bütün dünyada sivilizasiyanın inkişafı üçün müəyyən çətinliklər yaradır. Buna görə də onun qarşısını almaq üçün atmosferə atılan karbon qazının həcmi azaldılmalıdır. Alim hətta böyük sənaye mərkəzinə malik olan bəzi ölkələrdə atmosferə atılan karbon qazının həcminin azaldılması üçün böyük işlər görüldüyünü də vurğuladı. "Ötən 650 min il ərzində atmosferə atılan karbon qazının həcmi heç vaxt indiki kimi belə yüksək səviyyədə olmayıb", - deyən Roald Saqdeyev dünyada atmosferə atılan karbon qazının miqdarının qısa müddət ərzində - son onilliklərdə demək olar ki, iki dəfə artdığını bildirdi. Alim əlavə etdi ki, Azərbaycan ətraf mühitin çirklənməsinə görə dünyada ilk yüzlüyə daxil olan ölkələr sırasında yoxdur. Bu isə çox sevindirici haldır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov diqqətə çatdırdı ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir. Nazir ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda ətraf mühitin qorunması üçün mühüm işlər görüldüyünü və bu ekoloji siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

H.Bağırov bildirdi ki, Azərbaycanda neft strategiyası həyata keçirilməyə başlayandan sonra iqtisadiyyatın inkişafı bir necə dəfə yüksəlib. Bununla bağlı olaraq Azərbaycanda təmiz ekologiya siyasəti həyata keçirilməyə başlanılıb. Nazir Azərbaycanın ətraf mühitə atılan neft-qaz tullantılarının həcmini 2020-ci ilədək kəskin şəkildə azaltmağı qarşısına məqsəd qoyduğunu diqqətə çatdırdı. Son illər ölkəmizdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin geniş vüsət aldığını deyən H.Bağırov qeyd etdi ki, Bakıda və Abşeron yarımadasında, magistral yolların kənarlarında ağacəkmə işləri aparılır.

Nazir IDEA İctimai Birliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda ekologiya sahəsində mühüm layihələrin reallaşdırıldığını da xatırlatdı. O, Cənubi Qafqazda Azərbaycanın Gürcüstan ilə ekoloji sahədə sıx əməkdaşlıq etdiyini, Ermənistanın isə Kür çayını daim çirkləndirdiyini bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış etdi.

"Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir", - deyən Leyla Əliyeva IDEA İctimai Birliyinin təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atdığını vurğulayaraq dedi:

- Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik.

Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları "Qırmızı kitab"a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır.

"Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik", - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə etdi. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğuladı.

Sonra professor Roald Saqdeyevə iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı suallar verildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva maraq doğuran belə bir sualla müraciət etdi: "Hörmətli akademik Saqdeyev, mənə çox maraqlıdır ki, siz bütün planet üçün təhlükənin qarşısını almağa qadir olan ümumi platformanın mövcudluğuna inanırsınızmı? Təəssüflə qeyd etdiyimiz və bugünkü bəşəriyyətin qarşılaşdığı digər çağırışlarla, bu təhlükə ilə mübarizədə hər hansı etik mexanizmlərin işlənib hazırlanmasını mümkün sayırsınızmı? Yoxsa bu, sadəcə gözəl, utopik ideyadır? Çox sağ olun".

Suala görə təşəkkür edən professor Roald Saqdeyev dedi: "Bu, çox dərin mövzudur. Yəqin ki, burada nikbin insanların və bədbinlərin cavabları fərqli olar. Mən hətta bu məsələyə yanaşmada belə bir fikir eşitmişəm ki, auditoriyanı, insanların əksəriyyətini əsaslı elmi-praktiki arqumentlərlə inandırmaq çox güman, mümkün deyil. Ola bilsin ki, bəşəriyyətin yaşaması üçün insanların birləşməsindən də artıq nə isə lazım olacaq. Bəziləri deyirlər ki, bu, ekoloji din, təfəkkürümüzün əsasını təşkil edən torpaq, təbiət dini ola bilər. 1989-cu ildə konfranslardan birində mən məşhur Robert Redfordun qonağı idim. O, qlobal istiləşmə ilə bağlı birinci konfransı özü təşkil edib keçirirdi. Robert Redford yaxınlıqda yaşayan hindu qəbiləsinin rəhbərlərini dəvət etmişdi. Hinduların qəbilə başçısı dedi ki, insanlar onun əcdadlarının müdrikliyini anlaşaydılar, başa düşərdilər ki, biz bu torpağı əcdadlarımızdan miras almamışıq, biz bu torpağı gələcək nəsillərdən borc götürmüşük".

Tədbirdə digər suallar da cavablandırıldı.

Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
CBC radiosunun Qarabağda yayımı başlayıb
CBC radiosunun Qarabağda yayımı başlayıb
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Loading Bars
Xəbər lenti
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Ramazan Bayramı münasibətilə paylaşım edilib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Bütün xəbərlər