...

Nazillidə 31 mart soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə müsbət cavab (FOTO)

Cəmiyyət Materials 29 Mart 2016 20:54 (UTC +04:00)
Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Türkiyənin Aydın bölgəsində Nazillidə 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık müsbət cavab verib.
Nazillidə 31 mart soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə müsbət cavab (FOTO)

Bakı. Trend:

Azərbaycanın millət vəkili Qənirə Paşayevanın Türkiyənin Aydın bölgəsində Nazillidə 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık müsbət cavab verib.

Bələdiyyə sədri ilə görüşdə Nazillini də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Q.Paşayeva H.Alıcıkla ermənlərin dinc insanlarımıza qarşı həyata keçirdiyi 31 Mart soyqırımı, Dağlıq Qarabağ problemi, Xocalı, Qaradağlı soyqırımı, qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı fikir mübadiləsi aparıb və yaxın zamanlarda Nazillinin mərkəzi parklarından birinə "Qarabağ" adının veriləcəyinə və orada 31 Mart, Xocalı, Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib.

H.Alıcık Nazilli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verəcəyini deyib. Bələdiyyə başçısı Q.Paşayevanın Nazillidə Qarabağ parkı və 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Millət vəkili bələdiyyə sədrini Azərbaycana dəvət edib. H.Alıcık dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti