...

Dünya Bankının tibbi sığorta üzrə eksperti Bakıya gəlib

Cəmiyyət Materials 7 Aprel 2016 12:01 (UTC +04:00)
Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəlib.
Dünya Bankının tibbi sığorta üzrə eksperti Bakıya gəlib

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünya Bankının tibbi sığorta üzrə eksperti Tixomir Strizrep Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəvəti ilə Bakıya gəlib.

Agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaq və Agentliyin mütəxəssisləri dünyada səhiyyənin maliyyələşməsi ilə bağlı yanaşmaları, Azərbaycanda icbari tibbi sığorta modelinin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Agentliyin direktoru Zaur Əliyev Dünya Bankının eksperti ilə icbari tibbi sığorta modelinin yaradılmasında Azərbaycana davamlı texniki dəstək göstərilməsinə dair müzakirə aparıb.

Tixomir Strizrep həmçinin dövlət xəstəxanalarının işi ilə tanış olub.

Qeyd edək ki, Tixomir Strizrep uzun illər Xorvatiyanın Sosial Tibbi Sığorta Fondunun rəhbəri vəzifəsində çalışıb. O, hazırda Dünya Bankının eksperti kimi bir çox Avropa dövlətinə tibbi sığorta sistemini qurmağa yardım edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti