...

Azərbaycan din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Cəmiyyət Materials 13 Aprel 2016 12:40 (UTC +04:00)
Bu gün Qafqaz Müsəlmanları İdarəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Qafqaz Müsəlmanları İdarəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən iştirakçılar şəhidlərimizə Allahdan rəhmət diləyib və onların yaxınlarına başsağlğı veriblər. Natiqlər cəbhə xəttində baş verən son hadisələr zamanı Ordumuzun qüdrətindən və hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Tədbirdə Azərbaycanda yaşayan dini konfessiya rəhbərləri adından dünya ictimaiyyətinə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

"Sizlərə Vətənimiz Azərbaycanda, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən təxribatlarla bağlı narahatlığımızı bölüşmək niyyəti ilə müraciət edirik.
Bu bizim din xadimi olaraq Allah və Vətən qarşısında borcumuzdur. Dünyanı məhvərindən çıxmağa qoymayan ümumi mənəvi dəyərlərə istinad edən biz din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edirik. Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətini bir daha sübut etdi. Müharibənin sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan etdi. Hazırdsa ümumi atəşkəs haqda razılaşma əldə olunsa da qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır.

Dünya, o cümlədən ermənilərin özləri Qarabağın Azərbaycan torpaqları olduğunu bilir. Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarbağ respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbyacan xalqına dərin başsağlıqlarımızı bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti