Akif Əlizadə: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-nın bağlanmaq təhlükəsi aradan qalxdı (FOTO)

Akif Əlizadə: Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra AMEA-nın bağlanmaq təhlükəsi aradan qalxdı (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Müstəqil dövlətçilik təlimi və müasirlik" mövzusunda elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyətindən danışıb.

AMEA-nın prezidenti bildirib ki, Heydər Əliyevin müdrik siyasəti və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının, həmçinin müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olunub. Akademik bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev ideyalarının Azərbaycanın gələcək inkişafının qarantı olduğunu vurğulayıb.

Akademiya rəhbəri AMEA-nın bugünkü fəaliyyətində də ulu öndərin böyük xidmətlərindən bəhs edib: "Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin əsasını qoyduğu düşünülmüş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev daim yaddaşlarda qalacaq, xalqımız onu həmişə fəxrlə anacaq".

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Yeni Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Heydər Əliyevin 47 il davam edən dövlətçilik siyasəti sayəsində Azərbaycan keçmiş Sovet dövrünün qabaqcıl ölkələrindən, müasir Azərbaycan isə dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib.

İ.Həbibbəyli bu dayanıqlı siyasətin bir neçə tarixi mərhələni əhatə etdiyini deyib: "Heydər Əliyevin yaratdığı bu siyasəti bir neçə aspektdən təhlil etmək olar. Lakin ən mühüm üç tarixi mərhələ var ki, ölkəmizin inkişafı məhz bu dövrlərə bağlıdır. Birinci mərhələ 1969-1982-ci illəri əhatə edir. Heydər Əliyev həmin vaxt hakimiyyətə gələndə Azərbaycanın adı keçmiş sovet respublikaları arasında sonuncu yerlərdə çəkilirdi. Məhz onun fəaliyyəti ölkəmizi həmin respublikalar sırasında üçüncü pilləyə yüksəldib. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər ölkəmizi Azərbaycanın üzləşdiyi təhlükədən xilas edib. Müstəqillik illərində həyata keçirdiyi islahatlar, gördüyü mühüm işlər Azərbaycanın bütün sahələrdə inkişafı ilə nəticələnib. 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev isə ulu öndərin siyasi kursunu uğurla davam etdirərək bu inkişafa daha da təkan verib".

AMEA-nın vitse-prezidenti ümummilli liderin Azərbaycanı təhlükələrdən xilas edərək müstəqilliyimizin əbədiliyini təmin etdiyini bildirib: "Müdrik siyasəti sayəsində 90-cı illərin əvvəllərində ölkəmizi vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edib. Heydər Əliyev ölkə tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə yüksəldib. Azərbaycan və Azərbaycançılıq anlayışları qədim tarixə malik olsa da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir".

Akademik Heydər Əliyevin Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdiyini və bu siyasət sayəsində ölkəmizin çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirdiyini, onu keyfiyyətcə yeni müstəviyə keçirdiyini bildirib.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov "Heydər Əliyev və Azərbaycanda milli mədəniyyətin inkişafı" mövzusunda məruzə ilə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, ölkə mədəniyyətinin inkişafındakı misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, məhz ümummilli liderin mədəniyyət siyasəti nəticəsində qədim zəngin maddi və mənəvi irsə malik xalqımız öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu öndərin Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı olduğunu deyən R.Hüseynov hələ sovet dövründə yaradılan maneələrə baxmayaraq, ölkə mədəniyyətinin inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb. Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyətinin yüksəliş dövrü keçdiyini diqqətə çatdırıb.

Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşıb. Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində əsası ulu öndər tərəfindən qoyulan işlərin bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə "Heydər Əliyev və Azərbaycan təbiəti" mövzusunda məruzə ilə çıxış edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova ulu öndərin təbiətə münasibətinin onun azərbaycançılıq ideyasının tərkib hissəsi olduğunu bildirib: "İnsanları "təbiətin övladı" kimi dəyərləndirən Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daima təbiətə qayğı göstərib. Çətin və ziddiyyətli Sovetlər dönəmində Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlayıb, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xususi qayğı ilə yanaşıb. Bununla bağlı müxtəlif illərdə milli fəaliyyət proqramları, qanun və qərarlar qəbul edilib, ölkəmizdə ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib".

Xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin müstəqil Azərbaycanın ekoloji problemlərini bir daha ön plana çəkdiyini deyən institut direktoru ulu öndərin bir çox qlobal və regional ekoloji problemlərin həllinə yönəlmiş düzgün qərarlar qəbul etdiyini, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarların yenidən işlənərək təkmilləşdirildiyini, ölkəmizin beynəlxalq konvensiyalara qoşulduğunu diqqətə çatdırıb.

Akademik İ.Hüseynova qeyd edib ki, ümummilli liderin başladığı, lakin axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib.

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov "Heydər Əliyev: Gənclik və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, ümummilli lideri Heydər Əliyevin sağlam və sarsılmaz milli ideologiyasının davamlılığında gənclər siyasəti ön sıralarda yer tutub: "Ulu öndər Heydər Əliyev daim gəncləri ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağıraraq yaxın gələcəkdə daha da dinamik inkişaf yoluna qədəm qoyacaq Azərbaycanın sonrakı uğurlarını gəncliyə göstərilən etimadda görürdü. O, Azərbaycanın ümummilli siyasi iradəsinə sadiq qalmağı, onun gələcək rifahı naminə maraqları qorumağı və ən əsası, o dövrkü siyasi fundamental bazanı formalaşdırmaq üçün gənclərin milli ruhda yetişdirilməsini və ümumi fəaliyyətə cəlb ediməsini dövlətin əsas prioriteti kimi daim irəli sürüb".

F.Salmanov qeyd edib ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasının əsasını məhz ümummilli lider qoyub. Müasir Azərbaycanda gənclər siyasəti, gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək verilməsinin Heydər Əliyev siyasətinin düşünülmüş modifikasiyası baxımından gələcəyimiz üçün imkanlar yaratdığını deyən şura sədri, bunun da ölkə Prezidenti İlham Əliyevin gənclər siyasətinin konsepsiyasında öz təzahürünü tapdığını diqqətə çatdırıb.

Tədbirdə Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva və digərləri çıxış ediblər.

Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
Loading Bars
Xəbər lenti
Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
İlahiyyat İnstitutunda onlayn ingilis dili kurslarına start verilib (FOTO)
Ermənistanın hərbi təxribatı ilə bağlı sahibkarlıq subyektlərinə dəymiş zərər dəqiqləşdirilir - Orxan Məmmədov
Gürcü ziyalılarının iştirakı ilə Kamal Abdullanın 70 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
Ermənilər Ağdamın kəndində əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərindən kömək istəyib (VİDEO)
Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib
Dağlıq Qarabağın işğalında iştirak etmiş erməni general ölüb
Çin Aya növbəti missiya göndərib - 2 kiloqram süxur gətirəcək
Coğrafi adlar və alınma sözlərin düzgün yazılışı ilə bağlı standartlar hazırlandı
Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Konfessiyaların birgə bəyanatı
Qarsda logistika mərkəzinin istismara veriləcəyi tarix açıqlanıb
Ağdamın azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsidir - Rauf Əliyev
Sabahın hava proqnozu açıqlanıb
İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub
Müharibə vaxtı Paşinyanın deputatları ABŞ-a qaçmaq istəyib
Ağdamın böyük potensialı - TƏHLİL
Evini tərk edən daha bir COVİD-19 xəstəsi barədə cinayət işi başlandı (VİDEO)
“PAŞA Həyat”dan şəhid ailələrinə dəstək
AYİB Gəncə üçün Azərbaycana kredit ayırıb
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb
Eksternat imtahanlarının vaxtı bəlli olub
Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO)
Qarabağ Azərbaycanda iqtisadi artımın yeni drayveri olacaq - Vüsal Qasımlı
Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Polietilen torbalar və plastik stəkanların satışına məhdudiyyət barədə layihə ikinci oxunuşda təsdiqləndi
Təəssüf ki, çox həkimlər süni tənəffüs aparatlarının funksiyalarını yaxşı bilmirlər - TƏBİB
Dövlət qulluqçularının xidməti yeni qaydalarla qiymətləndiriləcək
Azərbaycan nefti bahalaşır
Gəncədə qışa hazırlıq işləri yekunlaşıb (FOTO)
Çində koronavirusa görə 600-dən çox reys təxirə salınıb
Evdə müalicə olunan COVİD xəstələrinin sayı açıqlandı
"Vətən Müharibəsi Qəhrəmanı" adı haqqında əsasnamə ikinci oxunuşda təsdiq edilib
Dövlət səviyyəsində antibiotiklərin reseptsiz satışına sərt nəzarət olmalıdır - Səhiyyə nazirliyi
Milli Məclisdə həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker
Milli Məclis yeni orden və medallarla bağlı layihəni ikinci oxunuşda təsdiqlədi
Düşmən Azərbaycan mövqelərini bu ərazidən atəşə tuturdu (FOTO)
Milli Məclisin növbəti iclası başlayıb
Azərbaycan Prezidenti: Biz Ağdam şəhərini bərpa edəcəyik
“ASAN xidmət” “500 startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)
Azərbaycan Prezidenti: Həmsədr ölkələrinin səfirləri bu məsciddə olublar, niyə məsələ qaldırmayıblar?
Prezident İlham Əliyev: Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri
Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlayıb
Bəzi antibiotiklərin reseptsiz satışına qadağa qoyulsun - TƏBİB-dən təklif
Prezident İlham Əliyev: Dəfələrlə səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq
Hazırda süni tənəffüs aparatına qoşulan xəstələrin sayı həddindən çoxdur - TƏBİB
Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
Azərbaycan Prezidenti: Paşinyan bütün müxalifəti tutdurur, qərb də susur, ağzına su alıb
Prezident İlham Əliyev: Paşinyan kimdir, Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda
Azərbaycan Prezidenti: Dedim, Paşinyan, sən özün bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Bütün xəbərlər