Formula 1 pilotları Avropa Qran Prisini səbirsizliklə gözləyirlər

Formula 1 pilotları Avropa Qran Prisini səbirsizliklə gözləyirlər

Bakı. Trend:

Hamilton, Rosberq, Alonso və digər pilotlar bu il 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinə tam hazırdırlar.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumatda bildirilir ki, dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər.

Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən, ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:

Luis Hamilton: "Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm".

Niko Rosberq: "Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq".

Daniel Rikkardo: "Bu yarış (Avropa Qran Prisi) yeni bir macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram".

Valtteri Bottas: "Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm".

Niko Hulkenberq: "Mən yarışların şəhər treklərində keçirilməsini alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır".

Fernando Alonso: "Bu trek həddindən artıq sürət yığmağa imkan verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir".

BŞH-nın icraçı direktoru Arif Rəhimov pilotların iyunda baş tutacaq Bakı Şəhər Halqası barədə fikirlərini belə şərh edib: "Ölkəmizdə ilk dəfə keçiriləcək Formula 1 yarışı haqqında dünyanın ən məşhur pilotlarının müsbət rəylərini və xoş arzularını eşitmək mənim üçün çox qürurvericidir. Eyni zamanda bu, mənə və komandamızın digər üzvlərinə ölkəmizdə baş tutacaq möhtəşəm idman yarışının həcminin, miqyasının və əhəmiyyətinin nə dərəcədə böyük olduğunu bir daha xatırladır. Pilotlara gəldikdə isə biz onlara bir daha öz təşəkkürümüzü bildiririk, onları Bakıya gəlməyə və mövsümün ən yaxşı Formula 1 yarış həftəsonuna hazır olmağa səsləyirik".

Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-cı il Formula 1 Avropa Qran Prisi çərçivəsində təşkil ediləcək konsertlərin əsas ifaçıları olacaqlar.

Dünya musiqisinin ən məşhur ulduzlarından üçü - Kris Braun, Enrike İqlesias və Farel Vilyams, Avropa Qran Prisi ərəfəsində təşkil olunacaq musiqili tədbirlərin əsas ifaçıları olacaqlar. İyunun 17-i, cümə günü axşam saatlarından başlayaraq bu üç dünyaca məşhur ifaçı Dənizkənarı Parkda yerləşən Formula 1 Şəhərciyində xüsusi olaraq qurulacaq əsas səhnədə müvafiq ardıcıllıqla axşam saatlarında çıxış edəcək.

Belə ki, cümə günü axşam Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə əyləncə proqramına start verəcək. Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. Və nəhayət, bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq.

Qeyd edək ki, sadəcə cümə gününə bileti alanlar ancaq Kris Braunun konsertində, üç günlük bilet sahibləri isə bütün konsertlərdə iştirak edə biləcəklər. Bununla yanaşı üç günlük bilet sahibləri eksklyuziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində Bakının füsünkar dənizkənarı bulvarı boyunca salınmış əyləncə zonasında keçiriləcək müxtəlif əyləncəli tədbirlərə qatıla biləcəklər.

2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlərin satışı davam edir!
Bakıda keçiriləcək Avropa Qran Prisinə iki aydan az müddətin qaldığı ərəfədə biletlərin satışı BŞH-nın rəsmi saytında və paytaxtda fəaliyyət göstərən Formula 1 bilet satışı məntəqələrində davam edir.

Bilet almaq, viza üçün müraciət etmək və Bakıya səfəri əvvəlcədən planlaşdırmaq barədə ətraflı məlumat əldə etmək üçün bu səhifəyə baş çəkə bilərsiniz: www.bakucitycircuit.com

Bakı Şəhər Halqasını Sosial Mediada izləyin.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin fəaliyyəti ilə daha yaxından tanış olmaq və 2016-cı il Formula 1 Avropa Qran Prisi barədə yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial mediada izləyin:

www.twitter.com/BakuCityCircuit
www.facebook.com/BakuCityCircuit
www.instagram.com/BakuCityCircuit

Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri bizimlə email vasitəsilə əlaqə saxlaya bilərlər: [email protected] və ya [email protected]

Formula 1 pilotlarının bu il keçiriləcək Avropa Qran Prisi haqqında fikirlərinin tam video yazısını aşağıdakı keçiddən izləyə bilərsiniz:
https://www.bakucitycircuit.com/media/video

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Bütün xəbərlər