Bakı. Samir Əli-Trend:
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində "Azərbaycan ailəsi Strategiyası" hazırlanır.
Trend-in məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, sənəd ölkədə ailə institutunun möhkəmlənməsinə səbəb olacaq: "Bu sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb".