...

Azərbaycanda malyariyaya yoluxma təhlükəsi varmı?

Cəmiyyət Materials 12 May 2016 12:45 (UTC +04:00)
Azərbaycanda hər il malyariyaya yoluxma ilə bağlı 1-2 hadisə tropik ölkələrdən, xüsusilə Afrikadan gələn şəxslərdə qeydə alınır.
Azərbaycanda malyariyaya yoluxma təhlükəsi varmı?

Bakı. İlhamə İsabalayeva-Trend:

Azərbaycanda hər il malyariyaya yoluxma ilə bağlı 1-2 hadisə tropik ölkələrdən, xüsusilə Afrikadan gələn şəxslərdə qeydə alınır.

Trend-in məlumatına görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ditektor müavini Afaq Əliyeva bu gün jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2013-cü ildən malyariya ləğv olunub: "Yəni ölkədə bu xəstəliklə bağlı yerli yayılma halları yoxdur. Lakin hər il 1-2 hadisə Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün Azərbaycana tropik ölkələrdən, xüsusilə Afrikadan gələn şəxslərdə qeydə alınır. Həmin şəxslərdə də bu xəstəlik qeydə alınanda onlar ciddi nəzarətə götürülərək müalicə olunur. Şəxsin ilk müraciət etdiui gün yüksək hərarəti varsa, onda bu xəstəlik mütləq aşkar olunur. Vətənə qayıtdıqdan sonra da müalicəsi davam etdirilir".

A.Əliyeva deyib ki, BMT-nin Sivilizasiyalararası arası Dialoq Forumunda iştirak üçün Bakıya gələn afrikalı şəxsdə də malyariya aşkarlanıb. Həmin şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Əliyeva ötən il də Avropa Oyunları zamanı malyariyaya yoluxma ilə bağlı bir halın qeydə alındığını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti