...

Halal İndoneziya mətbəxi haqqında bilmək

Cəmiyyət Materials 17 May 2016 10:35 (UTC +04:00)
İndoneziyada 270 milyon əhalidən 88%-dən çoxunu müsəlman əhali təşkil edir. Və təəccüblü deyil ki, İndoneziya mətbəxinin əksəriyyəti də halal qidadır.
Halal İndoneziya mətbəxi haqqında bilmək

Bakı. Trend:

İndoneziyada 270 milyon əhalidən 88%-dən çoxunu müsəlman əhali təşkil edir. Və təəccüblü deyil ki, İndoneziya mətbəxinin əksəriyyəti də halal qidadır.

Halal özü İslam qaydalarına uyğunluğu göstərən və dünya müsəlmanları tərəfindən istifadə olunan anlayışdır. Halalın əksi isə qadağan olunmuş və ya qeyri-halal adlandırılan haramdır.

Əsas qeyri -halal məhsullar qrupu bunlardan ibarətdir:
- Donuz əti- fermada bəslənilən donuz və ya vəhşi donuz
- Qan- axan qan, və ya ətdə olan izlər belə qəbuledicidir
- Leş-düzgün şəkildə öldürülməyən heyvanların cəsədi daxil olmaqla
- Qurbanlıq heyvanlar-ritual cinayətlər üçün istifadə olunan və ya Allahın adı ilə kəsilməyən heyvanlar
- Quru yırtıcıları- caynaqları,dişləri və ya hər ikisinin birləşməsi ilə ov edən heyvanlar
- Spirtli içkilər,qıcqırılmış və ya sərxoş olmağa səbəb olan içkilər

Bu siyahıya saxta və ya mənşəyi qadağan olunmuş yeməklərdən hazırlanmış qida məhsullarını da daxil etmək olar. Siyahıdan isə yaxşı vəziyyətdə olan və istehlak üçün icazə verilən ölmüş dəniz heyvanlarının, balıqların,balinaların cəsədini çıxartmaq olar.
İndoneziya Üləma Şurasından (MUI) Halal Sertifikatı: İndoneziyada istehlaka hazır olanların əksəriyyəti Qida,Narkotika və Kosmetika qiymətləndirmə institutu, İndoneziya Üləma Şurasının və İndoneziya Respublikasının Səhiyyə Nazirliyinin əməkdaşlığı ilə dəqiq yoxlanılaraq və standartlaşdırılaraq Halal qida adlandırılır. İndoneziyada kütləvi istehlak üçün satılan əksər halal qidalar demək olar ki, artıq bu mərhələdən müvəffəqiyyətlə keçiblər.

"İndoneziya mətbəxininin dadına baxsanız, demək ki halal müsəlman qidasının da dadına baxmış olacaqsınız", İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Dr. Husnan Bey Fananie qeyd etmişdi.

İndoneziya Səfirliyi 19-21 may 2016-cı ildə Bakı Ekspo mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edəcəkdir. İndoneziya Səfirliyi həmin sərgidə halal İndoneziya qidalarını təqdim etməyə hazırdır. Azərbaycan xalqının kulinariya vasitəsilə İndoneziya mədəniyyəti ilə daha yaxından tanış olması üçün ən yaxşı cəhdlərdən biridir.

"Müxtəlif mətbəxlər müxtəlif mədəniyyətlə əlaqəlidir. İndidən başlayaraq bir-birimizin mədəniyyətimizi bilsək, birliyi bir-biriylə əhatə edə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti