...

Nardaranda "Multikulturalizm və milli-mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 May 2016 14:40 (UTC +04:00)
Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib.
Nardaranda "Multikulturalizm və milli-mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə "Multikulturalizm və milli-mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, Sabunçu rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, məktəbin direktoru Ağaseyid Orucov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan M.Əsədov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirərək, bu dəyərin qorunmasının vacibliyi haqqında söhbət açıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın multikultural və tolerant mühitinin bütün dünyaya nümunə olduğu vurğulanıb.

Tədbirdə çıxış edən C.Əliyev multikulturalizm və milli-mənəvi dəyərlərimiz arasında olan sıx bağlılığın tarixi köklərə dayandığını qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri bir ailə şəklində yaşayır və fəaliyyət göstərirlər. Prezident cənab İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi multikultural dəyərlərə diqqət və qayğının ən bariz nümunəsi kimi qiymətləndirilib.

Sonda çıxış edən A.Orucov bu kimi tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara müəllimlər və şagirdlər adından öz təşəkkürünü bildirib.

Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti