...

Nazirlik: Turizm müəssisələrində mədəni proqramların təşkili vacibdir

Cəmiyyət Materials 25 May 2016 14:17 (UTC +04:00)
Turizm müəssisələrində mədəni proqramların təşkil olunması və eyni zamanda turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə qarşılıqlı əlaqələrin qurulması da mühüm məsələlərdəndir.
Nazirlik: Turizm müəssisələrində mədəni proqramların təşkili vacibdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Turizm müəssisələrində mədəni proqramların təşkil olunması və eyni zamanda turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə qarşılıqlı əlaqələrin qurulması da mühüm məsələlərdəndir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Nazirliyin Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında yerləşən turizm obyektləri və mehmanxanaların nümayəndələri ilə turizm şirkətləri təmsilçilərinin görüşündə nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov bildirib.

N.Qulamov Mədəniyyət və Turizm Nazirliyinin bu məsələyə öz dəstəyini əsirgəməyəcəyini də söyləyib.

Nazirlik rəsmisinin sözlərinə görə, sözügedən rayonlarda turizmin inkişaf etdirilməsi üçün çox böyük potensialın olduğunu qeyd etdi. O bildirib ki, bu potensialın daha geniş şəkildə təbliği üçün turizm sahəsində çalışan şirkətlərin qarşılıqlı fəaliyyət göstərməsi zəruridir.

Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri, işçi qrupun üzvü Bəxtiyar Qılıncov deyib ki, ölkəmizdə turizmin daha da inkişafına nail olmaq üçün turizm şirkətləri ilə turizm müəssisələri və hotellərin qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti