...

28 May - Respublika Günü AzTU-da qeyd edilib (FOTO)

Cəmiyyət Materials 26 May 2016 14:34 (UTC +04:00)
Mayın 26-da Azərbaycan Texniki Universitetində 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib.
28 May - Respublika Günü AzTU-da qeyd edilib (FOTO)

Bakı. Trend:

Mayın 26-da Azərbaycan Texniki Universitetində 28 May - Respublika Günü ilə bağlı tədbir keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, XX əsr Azərbaycan xalqının həyatında, azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar.

1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran rektor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik.

Mili Məclisin deputatı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi araşdırmalar inisitutu"nun direktoru Elman Nəsirli və millət vəkili, professor Astan Şahverdiyev də çıxışlarında ulu öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti