...

Paytaxtın iki küçəsində hərəkət qismən məhdudlaşdırılır

Cəmiyyət Materials 2 İyun 2016 10:15 (UTC +04:00)
Bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.
Paytaxtın iki küçəsində hərəkət qismən məhdudlaşdırılır

Bakı. Trend:

Bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən Trend-ə verilən məlumata görə, bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Məlumatda qeyd olunur ki, küçələr hərəkətə bağlanmır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti