...

Jurnalist Ekspert Mərkəzi alimlərlə "dəyirmi masa"lar keçirir

Cəmiyyət Materials 10 İyun 2016 12:55 (UTC +04:00)
Jurnalist Ekspert Mərkəzinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin mayından başladığı “Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı layihəsi davam edir.
Jurnalist Ekspert Mərkəzi alimlərlə "dəyirmi masa"lar keçirir

Bakı. Trend:

Jurnalist Ekspert Mərkəzinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin mayından başladığı "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi" adlı layihəsi davam edir.

JEM-dən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibətilə alimlər qarşısındakı çıxışının mətni Mərkəzin nümayəndələri tərəfindən sahələr üzrə təsnifatlandırılıb.

Layihə çərçivəsində alimlərin iştirakı ilə "dəyirmi masa"lar təşkil olunur. JEM sədri Ceyhun Musaoğlunun moderatorluğu ilə bu müddət ərzində səkkiz mövzu ətrafında "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"larda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun rəhbərliyi, AMEA-nın Dilçilik, Fizika, Tarix, Fəlsəfə, Qafqazşünaslıq, Folklor institutlarının təmsilçiləri, Gənc Alimlər və Mütəxəssislər Şurasının, o cümlədən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, üzvləri, nazirliklərin məsul şəxsləri, universitet müəllimləri dəyərli təkliflər irəli sürüblər.

Layihənin fəaliyyət planı üzrə alimlərlə növbəti görüşlərə hazırlıq işləri gedir. Yekun nəticədə təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına göndəriləcək.

3 ay müddətində həyata keçiriləcək layihənin məqsədi Azərbaycan Prezidentinin alimlərə ünvanladığı tövsiyə və tapşırıqlarını mətbuatın daim diqqətdə saxlamasına töhfə vermək, cəmiyyətin dinamik inkişafında elm adamlarının rolunu artırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti