...

Azərbaycanda ilk piknik zonasına gələn turistlərin sayı artır (FORO)

Cəmiyyət Materials 21 İyun 2016 15:33 (UTC +04:00)
Respublikada yaradılmış ilk piknik zonasına gələn turistlərin sayı artmaqdadır.
Azərbaycanda ilk piknik zonasına gələn turistlərin sayı artır (FORO)

Bakı. Trend:

Yeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında - Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkədə ilk dəfə olaraq piknik zonası işə düşüb.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, “Qobulend” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub.

İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Burada hotel, restoran, uşaq əyləncə meydançaları, göl, balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilərlər. Göldən balıq tutmaq istəyənlər üçün də hər cür şərait mövcuddur.

Bundan əlavə, piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasında "şeytan çarxı" attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da ixtiyarınızdadır.

Təşkilatçılar bildirir ki, “Qobulend” istirahət mərkəzində istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrup şəklində istirahət etməyə üstünlük verənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə qrup şəklində avtobuslarla gələ bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti