...

Bəzi yerlərdə qaz verilişində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 23 İyun 2016 09:33 (UTC +04:00)
Abşeron və Ağdam magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bəzi yerlərdə qaz verilişində məhdudiyyətlər olacaq

Bakı. Trend:

İyunun 23-də saat 10:00-dan 18:00-a qədər “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2”, saat 10:00-dan 14:00-dək isə Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Trend SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan-2 qəsəbəsinin və Bərdə şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti