...

"ASAN xidmət" iki gün işləməyəcək

Cəmiyyət Materials 5 İyul 2016 12:45 (UTC +04:00)
6-7 iyul Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
"ASAN xidmət" iki gün işləməyəcək

Bakı. Trend:

6-7 iyul Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.

8 iyul tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti