...

"Baku Steel Company"dəki partlayışda xəsarət alanlardan ikisi evə buraxılıb

Cəmiyyət Materials 11 İyul 2016 12:30 (UTC +04:00)
İyunun 30-da “Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 yaralıdan 2-si evə buraxılıb.
"Baku Steel Company"dəki partlayışda xəsarət alanlardan ikisi evə buraxılıb

Bakı. Samir Əli - Trend:

İyunun 30-da “Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən 3 yaralıdan 2-si evə buraxılıb.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, aparılan müayinə və müalicələrdən sonra yaralılardan 2-si - 1971-ci il təvəllüdlü Məmməd Kərimov və 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov evə buraxılıb. Hadisə nəticəsində ağır xəsarət alan 1982-ci il təvəllüdlü Natiq Salmanovun isə müalicəsi xəstəxana şəraitində davam etdirilir və səhhəti normaldır.

Baş direktorun müavini qeyd edib ki, yaxın günlərdə N.Salmanov da evə buraxıla bilər.

Qeyd edək ki, “Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində ağır xəsarət alan 1982-ci il təvəllüdlü Natiq Salmanov əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə,1971-ci il təvəllüdlü Məmməd Kərimov ayaq nayihəsindən sınıqla, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov isə yüngül xəsarətlə palataya yerləşdirilmişdilər.

Hadisə ilə bağlı Nərimanov rayon Pokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma-texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti