...

Yağmurlu hava şəraiti davam edəcək

Cəmiyyət Materials 11 İyul 2016 12:25 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Yağmurlu hava şəraiti davam edəcək

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti olacağı gözlənilir.

Bakıda gecə 19-21° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20°, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti