...

Caspian European Club məhdud imkanlı şəxslərin hərəkəti üçün təkliflər hazırlayır

Cəmiyyət Materials 28 İyul 2016 10:17 (UTC +04:00)
Caspian European Club məhdud imkanlı şəxslərin hərəkəti üçün əlverişli şərait yaratmaq məqsədilə bir sıra təkliflər hazırlayır.
Caspian European Club məhdud imkanlı şəxslərin hərəkəti üçün təkliflər hazırlayır

Bakı. Trend:

Caspian European Club məhdud imkanlı şəxslərin hərəkəti üçün əlverişli şərait yaratmaq məqsədilə bir sıra təkliflər hazırlayır.

Bu barədə Trend-ə Caspian European Clubdan məlumat verilib.

Caspian European Club (Caspian Business Club) məhdud imkanlı şəxslərin (əlil arabasında gəzən şəxslər və s.) hərəkətinə əlverişli şərait yaratmaq məqsədilə Bakı şəhər İcra Hakimiyyəti və digər təşkilatlar üçün bir sıra təkliflər hazırlayır.

Bununla əlaqədar olaraq sosial şəbəkələrdə məhdud imkanlı insanların yaşadıqları ailələrin təkliflərinin öyrənilməsi üzrə aksiyaya başlanılıb.

Facebook sosial səhifəsində elan yerləşdirən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev aksiya ilə bağlı belə deyib: "Mövzunun istifadəçilər tərəfindən belə böyük maraqla qarşılanması mənim üçün sözün yaxşı mənasında gözlənilməz oldu. Məhdud imkanlı şəxslərin həyatını yaxşılaşdıran təkliflərə aid xeyli sayda illüstrasiyalı və sxemli mesajlar almışam. Caspian European Club (Caspian Business Club) adından cəmiyyətimizin ən böyük problemlərindən olan bu məsələyə laqeydlik göstərməyən hər kəsə minnətdarlıq bildirirəm".

"Əminəm ki, Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyi və müvafiq qurumlar sözügedən məsələ ilə bağlı dialoqa hazırdırlar. Caspian European Club (Caspian Business Club) rəhbərliyi isə biznesin sosial məsuliyyəti proqramı çərçivəsində lazımi təşkilati, maddi və texniki dəstəyi göstərməyə hazır olacaqlar", - deyə Telman Əliyev vurğulayıb.

* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un ( Caspian Business Club) tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:

E-mail: [email protected];[email protected]
URL: www.caspianenergy.net;
www.caspianenergy.org;
www.caspianenergyforum.com;
www.caspianenergy.info;
www.caspianenergy.photo;
www.caspianenergy.tv;
www.caspianenergy.media;
www.caspianenergy.ceo;
www.caspianenergyaward.com;
www.award.az;
www.award.ceo;
www.brandaward.org;
www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti