...

Rezidentura imtahanını ilə bağlı Apelyasiya Komissiyası yaradıldı

Cəmiyyət Materials 29 İyul 2016 16:57 (UTC +04:00)
2016-2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 2016-cı il iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apelyasiya Komissiyası yaradılıb.
Rezidentura imtahanını ilə bağlı Apelyasiya Komissiyası yaradıldı

Bakı. Trend:

2016-2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 2016-cı il iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apelyasiya Komissiyası yaradılıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 1 və 2 avqust 2016-cı il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti