...

Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı

Cəmiyyət Materials 1 Avqust 2016 11:38 (UTC +04:00)
Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlanıb.
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı

Bakı. Trend:

Azərbaycanda rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti