...

Əlilliyi olan şəxslər 6 ayda 20,5 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunublar

Cəmiyyət Materials 2 Avqust 2016 12:10 (UTC +04:00)
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.
Əlilliyi olan şəxslər 6 ayda 20,5 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunublar

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən cari ilin yanvar-iyul aylarında 8379 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin şəxslərdən 987 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.

Bu dövrdə əlilliyi olan şəxslər ümumilikdə 20501 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər. Onlardan 1034 ədədi əlil arabası, 646 ədədi aşağı və yuxarı ətraf protezi, 781 ədədi aşağı və yuxarı ətraf ortezi, 1750 ədədi dirsəkaltı və qoltuqaltı ağac, 578 ədədi dördayaqlı dayaq vasitəsi, 489 ədədi bel və boyun nahiyəsi üçün korset olub. Həmçinin 386 ədəd eşitmə aparatı, 1675 ədəd əsa, 1967 cüt protez ayaqqabı, 2602 cüt ortopedik ayaqqabı, 5467 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. onların istifadəsinə verilib. Bununla yanaşı, əlilliyi olan şəxslərə məxsus 557 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkət edilməsinin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə bərpa-müalicə işləri aparılır. Yanvar-iyul aylarında həmin stasionar bölmələrdə 431 nəfər əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti