...

Bakıda yataqxananın tavanı çökdü - yaralananlar var

Cəmiyyət Materials 8 Avqust 2016 09:35 (UTC +04:00)
Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
Bakıda yataqxananın tavanı çökdü - yaralananlar var

Bakı. Samir Əli - Trend:

Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.

Yataqxana sakinlərinin Trend-ə verdiyi məlumata görə, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı "Energetika yataqxanası"nda baş verib. Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb və o, xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir ki, qəzalı vəziyyətdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti