...

Yunus Oğuzun "Sultan Alp Arslan" romanı özbək dilində çap edilib

Cəmiyyət Materials 10 Avqust 2016 17:20 (UTC +04:00)
Yazıçı publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun “Sultan Alp Arslan” romanı Daşkənddə özbək dilində işıq üzü görüb.
Yunus Oğuzun "Sultan Alp Arslan" romanı özbək dilində çap edilib

Bakı. Trend:

Yazıçı publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun “Sultan Alp Arslan” romanı Daşkənddə özbək dilində işıq üzü görüb. Görkəmli özbək ədibi Usmon Kuçkorun tərcüməsində “Sulton Alp Arslon” adlanan kitab “MUMTAZ SOZ” nəşriyyatında çap edilib.

Romanın məsul katibi filologiya elmləri doktoru, professor Xamidulla Boltabayevdir. Qeyd edək ki, bu, Y.Oğuzun "Əmir Teymur", "Şah arvadı və cadugər" əsərlərindən sonra özbək dilində çap edilən üçüncü romanıdır.

Yazıçının "Qədim Anadolu və Azərbaycan türkləri", "Qarabağ nəzarətsiz zona" (ingilis dilində),"Türkün tarixinə yeni bir baxış" kitabları, "Nadir şah" və digər romanları çap olunub. O, "Qədim türklər və passionarlıq nəzəriyyəsi" adlı elmi əsərin müəllifidir.

Y.Oğuzun əsərləri Özbəkistandan başqa, Türkiyə, Rusiya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Ukrayna və digər ölkələrdə çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti