...

Bu yerlərdə qaz təchizatında məhdudiyyət olacaq - SİYAHI

Cəmiyyət Materials 17 Avqust 2016 09:07 (UTC +04:00)
Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu yerlərdə qaz təchizatında məhdudiyyət olacaq - SİYAHI

Trend-i buradan izləyin

Bakı. Trend:

Abşeron və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, avqustun 17-də saat 12:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə” və Astara magistral qaz kəmərləri sahəsinin “Tüklə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Masallı rayonun Tüklə, Zövlə, Boradigah və Bəndəlan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti