...

“Uşaqlar üçün laboratoriya” çərçivəsində növbəti təlim (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2016 19:23 (UTC +04:00)
“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
“Uşaqlar üçün laboratoriya” çərçivəsində növbəti təlim (FOTO)

Bakı. Trend:

Avqustun 20-də IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə layihəsi olan "Uşaqlar üçün ekoloji laboratoriya" çərçivəsində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlarında olan uşaqlar üçün tullantılar və onların təkrar emalı mövzusuna həsr olunmuş növbəti təlim keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesi, bu prosesin planetimiz, xüsusilə də canlı aləm üçün nə qədər mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumat çatdırılıb. "Kiçik ekoloqlar", həmçinin tullantıların çeşidlənməsi, azaldılması və təkrar istifadəsi yolları ilə də tanış olublar.

Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışmalarında, bir sıra sınaqların keçirilməsində iştirak edib, istifadə olunmuş müxtəlif materiallardan ətraf mühitə yararlı yeni əşyalar hazırlamağı öyrəniblər. Daha sonra, "Eko laboratoriya"nın iştirakçılarına nümayiş olunan IDEA-nın plastik butulkalardan təkrar emal nəticəsində hazırlanmış bel çantası uşaqların böyük marağına səbəb olub.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan Avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan öyrənmələri baxımından mühüm töhfə verib.

Qeyd edək ki, çoxsaylı istəkləri nəzərə alaraq, eynimövzulu laboratoriya təlimimiz avqustun 30-da IDEA-nın Gəncə şəhərində yerləşən Resurs Mərkəzində də keçiriləcək.

IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti