...

Qəlbimizin birinci xanımı. Mehriban Əliyeva ad gününü qeyd edir

Cəmiyyət Materials 26 Avqust 2016 00:01 (UTC +04:00)
Əziz və hörmətli Mehriban xanım, Sizi ad gününüz münasibətilə təbrik edirik! Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Qəlbimizin birinci xanımı. Mehriban Əliyeva ad gününü qeyd edir

Əziz və hörmətli Mehriban xanım,

Sizi ad gününüz münasibətilə təbrik edirik!

Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.

Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!

Vətəni Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə fəxr edən hər bir soydaşımız fəal və çoxtərəfli “mədəniyyət diplomatiyası”na görə Sizə səmimi minnətdarlığını bildirir.

Muğamsevərlər və ona qiymət verənlər bu gözəl musiqi janrının əsl dirçəlişinə, muğam festivallarına, onun antologiyasının təşkilinə, Bakıda yaradılan Muğam Mərkəzinə görə Sizə təşəkkür edirlər. Əsrlərin dərinliyindən gələn muğam hazırda təkcə ölkəmizdə sevilmir, eləcə də dünyanın məşhur konsert zallarında səslənir.

Azərbaycanın tarixi və mədəni irsinə biganə qalmayan hər kəs Sizə dərin minnətdarlığını bildirir. Sizin enerjiniz, dərin biliyiniz və kreativliyiniz ölkədə əsl “muzey inqilabı”nı həyata keçirməyə kömək etdi. Xalçalarımız, kəlağayılarımız, Novruz bayramı, muğam və aşıq sənəti YUNESKO tərəfindən dünya mədəni irsinin tərkib hissəsi kimi qəbul edildi. Çoxsaylı Azərbaycan gecələri, konsertlər, sərgilər və səyyar ekspozisiyalar bir çoxları üçün Azərbaycanla ilk tanışlıq oldu.

Avropa və Şərq incəsənətinin mirvarilərinin – Strasburqdakı əzəmətli kilsə, Versal sarayı, Berlin qəsri, Roma katakombaları, Şamaxıdakı Cümə məscidi (ən qədim müsəlman məbədlərindən biri), Pir Həsən ziyarətgahı, Azərbaycandakı məscidlər, katolik və pravoslav kilsələri, digər mədəni və dini abidələrin bərpasında göstərdiyiniz köməyə görə Sizə təşəkkür edirlər. Bu addım həqiqi, göstəriş üçün olmayan humanizm, tolerantlıq, multikulturalizm təzahürüdür.

Rostropoviç adına festivalı və əlbəttə ki, Qəbələ festivalını hədiyyə etdiyiniz klassik musiqi sevərlər Sizə minnətdarlıqlarını bildirirlər. Musiqinin bu parlaq bayramı Azərbaycanın ən gözəl guşələrindən birində hər il müxtəlif ölkələrdən ulduz ifaçıları bir araya gətirir və Qafqaz Albaniyasının qədim paytaxtı Qəbələni beynəlxalq musiqi və ifaçılıq sənəti mərkəzinə çevirir.

Sizə valideyn himayəsindən məhrum olmuş uşaqlar, uşaq evləri və internatların yetirmələri təşəkkür edirlər. Minlərlə yenilənmiş məktəbə, insanlara qaytarılan sağlamlığa, istedadlı gənclərə dəstəyə, çətin dəqiqələrdə köməyə görə təşəkkür edirik!

Bu gün idmançılar və azarkeşlər Sizə səmimi təşəkkürlərini ünvanlayırlar. Bakıda İlk Avropa Oyunlarında milli yığmamızın triumfuna, azarkeşlərin qürur hissi və idman həvəsinə görə Sizə minnətdarlığımızı bildiririk!

Hər şeyə görə təşəkkür edirik! Təşəkkür edirik ki, Siz – bizim birinci xanımımız - varsınız!

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayırıq!

Ad gününüz mübarək, Mehriban xanım!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti