...

Lider TV - 16 yaş! Televiziya akademiyası – dünyaya açılan pəncərə

Cəmiyyət Materials 1 Sentyabr 2016 10:00 (UTC +04:00)
Bu gün Azərbaycanın ən iri teleşirkətlərindən biri “Lider TV”nin 16 yaşı tamam olur.
Lider TV - 16 yaş! Televiziya akademiyası – dünyaya açılan pəncərə

Bakı. Trend:

Bu gün Azərbaycanın ən iri teleşirkətlərindən biri Lider TV-nin 16 yaşı tamam olur.

16 il! Bu çoxdur, yoxsa az? Gənclik yaşı kimi görünsə də, telekanalın getdiyi yola baxanda bu gün əminliklə demək olar ki, Lider TV-nin bu yaşı sanballı və əhəmiyyətlidir, yerli teleməkanın inkişafına misilsiz töhfədir.

Televiziya həyatımızda çox vacib rol oynayır. Bu həm son xəbərlərdir, ilk mənbələrdən doğru informasiyadır, əyləncə və idmandır, həm də evimizə bütün dünyanın daxil ola biləcəyi pəncərədir. Bəzi insanlar öz asudə vaxtlarını daha yaxşı keçirmək üçün əyləncəli verilişlərə, digərləri isə siyasi və maarifləndirici proqramlara baxmağa üstünlük verirlər. Biz həqiqətən də bir çox maraqlı proqramlara baxa bilərik: informasiya, musiqi, idman, uşaqlar və böyüklər üçün verilişlər. Bütün televiziya efiri tamaşaçıların 24 saat sərəncamındadır. Və bütün bunlar hazırda tam olaraq Lider TV-yə aiddir.

Üstəlik, Lider TV fəaliyyəti ərzində yerli televiziyaların əsl akademiyasına çevrilib, Lider TV-nin sayəsində bir çox aparıcılar populyar olublar, layihə müəllifləri maraqlarını, ideyalarını həyata keçirə biliblər, gənc kadrlar əsl peşəkarlıq məktəbi keçiblər. Ailəlikcə rahat olan Lider TV bir çoxları üçün ikinci ev olub. Burada hər kəs özünü lazımlı, Azərbaycanın inkişafı və çiçəklənməsi naminə işləyən şəxs kimi hiss edir.

Lider TV 2000-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb və həmin tarixdən etibarən müasir teleməkanın lidelərindən biridir. Həmişə hər bir Azərbaycan ailəsində maraqlı, rəngarəng, operativ, orijinal, ən arzu edilən qonaqdır!

Lider TV fəaliyyəti dövründə təkcə yerli teleməkanda qabaqcıl mövqe tutmur, həm də xarici auditoriyada populyar və tələbatın olduğu Azərbaycan telekanalları sırasında birinciliyini qoruyur.

Lider TV 24 saat ərzində Azərbaycan ərazisində, peyk vasitəsilə isə dünyanın bir çox ölkələrində yayımlanır. Lider TV-nin əsas kriteriyaları xüsusi, peşəkar və müxtəlif verilişlərin hazırlanması, milli dəyərlərin, musiqinin, mədəniyyətin, incəsənətin, idmanın, ictimai həyatın təbliğ edilməsi, obyektiv və operativ informasiyanın ictimaiyyətin diqqətinə çatdırılmasıdır ki, bunun sayəsində tamaşaçılar Azərbaycan və onun hüdudlarından kənarda baş verən mühüm hadisələr haqqında tam məlumat əldə edirlər.

Lider TV-nin verilişləri geniş auditoriyaya hesablanıb, telekanalın layihələri isə həmişə müasir televiziyanın inkişafına yenilik gətirir. Çoxsaylı və maraqlı intellektual layihələr, özünün istehsal etdiyi seriallar, uşaq və əyləncə verilişləri, idman verilişləri, informasiya buraxılışları və müxtəlif teleşoular çoxmilyonlu televiziya auditoriyası tərəfindən sevilir.

Əlbəttə ki, efir məkanında kinoya böyük pay ayrılır. Populyar əcnəbi bədii filmləri sevənlər həmişə xoşladıqları kinonu burada tapa bilərlər. Və ən əsası keyfiyyətli təsvir, səs və dublyaj ilə.

Ciddi siyasi verilişləri sevənlər üçün telekanalın əməkdaşları tərəfindən bir sıra analitik proqramlar hazırlanıb. Bununla belə, hər bir yerli telekanal özünün ekspert qrupu ilə öyünə bilməz.

Trend-in kollektivi adından Lider TV-nin 16 yaşını təbrik edir, yaradıcılıq işində uğurlar, yeni müvəffəqiyyətlər arzulayırıq və əmin olduğumuzu bildiririk ki, Lider TV-nin Azərbaycan teleməkanında bizi hələ çox sevindirəcək yeni maraqlı layihələrinin şahidi olacağıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti