...

Azərbaycanda sürüşmə zonasındakı yaşayış məntəqələrinin sayı xeyli artıb (ÖZƏL)

Cəmiyyət Materials 2 Sentyabr 2016 09:32 (UTC +04:00)
Azərbaycanda 1990-cı ildən indiyədək sürüşmə zonasında yerləşən yaşayış məntəqələrinin sayı 2 dəfədən çox artıb.
Azərbaycanda sürüşmə zonasındakı yaşayış məntəqələrinin sayı xeyli artıb (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 1990-cı ildən indiyədək sürüşmə zonasında yerləşən yaşayış məntəqələrinin sayı 2 dəfədən çox artıb.

Bu barədə Trend-ə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev bildirib ki, son illərdə Azərbaycanın 10 iqtisadi rayonunun hamısında sürüşmə yayılıb.

Onu sözlərinə görə, sürüşmənin baş verdiyi yaşayış məntəqələrinin çoxluğuna görə ilk yeri Quba-Xaçmaz, sonrakı yeri isə Şamaxı-İsmayıllı iqtisadi rayonu tutur: "Quba-Xaçmazda 96, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) isə 94 yaşayış məntəqəsində sürüşmə baş verib. Sürüşmələrin yayılma səviyyəsinə görə iqtisadi rayonlar arasında ilk yeri Şamaxı-İsmayıllı bölgəsi tutur".

Gədəbəyin 30-a yaxın kəndi təhlükə qarşısında (ÖZƏL)

Gədəbəyin 30-a yaxın kəndi təhlükə qarşısında (ÖZƏL)

Sürüşmənin baş verdiyi yaşayış məntəqələrinin çoxluğuna görə ilk yeri tutan Quba-Xaçmaz bölgəsində daha çox Qubada yaşayış məntələri (45) sürüşmə zonasında yerləşir. Qusarda 21, Şabranda 16, Siyəzəndə 15 yaşayış məntəqəsi, Şamaxı-İsmayıllı iqtisadi rayonuna aid olan İsmayıllıda 41, Şamaxıda 17, Ağsuda 12 yaşayış məntəqəsi sürüşmə zonasında yerləşir.

N.Paşayevin sözlərinə görə, Gəncə-Qazax və Lənkəran-Astara iqtisadi rayonlarındakı yaşayış məntəqələrində sürüşmə sahələri son dövlərdə geniş yayılıb: "Əvvəllər bu ərazilərin hər birində 5-6 yaşayış məntəqəsində sürüşmə var idi. Hazırda isə Gəncə-Qazax və Lənkəran-Astara istiqdai rayonunun hər birində 56 yaşayış məntəqəsi sürüşmə zonasında yerləşir. Hazırda Naxçıvan Muxtar Respublikasında 30, Şəki-Zaqatala zonasında 20, Abşeron iqtisadi rayonunda 20 yaşayış məntəqəsi sürüşmə zonasında yerləşir".

N.Paşayev qeyd edib ki, 1980-cı ilə qədər Azərbaycanda cəmi 115 yaşayış məntəqəsində sürüşmə olub. 1990-cı ildə 140-a yaxın sürüşmə məntəqəsində sürüşmə olduğu halda, 1990-cı ildən indiyədək olan dövr ərzində onların sayı artaraq 370-dən çox olub.

1990-cı ildən sonra Azərbaycanda əhalinin də sayının artdığını söyləyən N.Paşayev bildirib ki, əvvəlki illərlə müqayisədə əhalinin təbiətə təsiri dəfələrlə artıb: “Müstəqillik illərində əhalinin qaz və elektrik enerjisi ilə təminatında yaranan problemlərlə əlaqədar meşələr kütləvi qırıldı. İndi bunlar artıq öz təsirini göstərməyə başlayıb”.

Yaşayış məntəqələrinin 10-15 faizinin hazırda qazlaşdırılmadığını söyləyən institut rəsmisi deyib ki, sürüşmələr ən çox həmin ərazilərdə baş verir.

N.Paşayev həmçinin vurğulayıb ki, sürüşmələr il ərzində ölkəyə ən azı 10-15 milyon manat zərər vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti