...

Bakıda "Daqestan" marketlər şəbəkəsi açılacaq

Cəmiyyət Materials 7 Sentyabr 2016 19:55 (UTC +04:00)
Bakıda "DAQESTAN" brendi ilə marketlər şəbəkəsi açılacaq.
Bakıda  "Daqestan" marketlər şəbəkəsi açılacaq

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bakıda "DAQESTAN" brendi ilə marketlər şəbəkəsi açılacaq.

Dağıstanın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, marketdə Dağıstan və digər Rusiya istehsalı olan məhsullar satılacaq.

"Daqestan" ticarət evi Dağıstan prezidenti Ramazan Abdulatipovun tapşırığı ilə açılır.

Marketlər şəbəkəsi Bakının rayonları və Azərbaycanın regionlarında genişlənməyi nəzərdə tutur.

Qiymətlərə gəlincə, məhsulların satışı Rusiyadakı qiymətlə həyata keçiriləcək.

Marketlərdə Azərbaycan vətəndaşları çalışacaq.

İlk market sentyabrın 9-da Atatürk prospekti, 31 ünvanında açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti