...

Nazirlik: Bu, təcili tibbi yardıma aid olmayan çağırışların qarşısının alımağa yardım edər

Cəmiyyət Materials 8 Sentyabr 2016 13:18 (UTC +04:00)
Təcili yardıma aid olmayan çağırışların araşdırılması və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutularsa, bu, təcili tibbi yardıma aid olmayan çağırışların qarşısının alınmasına yardım edilmiş olar.
Nazirlik: Bu, təcili tibbi yardıma aid olmayan çağırışların qarşısının alımağa yardım edər

Bakı. İlhamə İsabalayeva - Trend:

Təcili yardıma aid olmayan çağırışların araşdırılması və bu çağırışları verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutularsa, bu, təcili tibbi yardıma aid olmayan çağırışların qarşısının alınmasına yardım edilmiş olar.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əhaliyə göstərilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım dövlət tərəfindən maliyyələşdiyindən vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər. 2015-ci il ərzində təcili yardıma daxil olan çağırışlar araşdırılarkən hər bir çağırışa 100 manatdan artıq maliyyə vəsaitinin sərf olunduğu təsbit olunub:

“Lakin bəzən təcili yardıma ehtiyacın olunmadığı hallarda 103 xidmətinə müraciət edən vətəndaşlar da olur. Onlar daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olurlar. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir. Bu da təcili yardımın işinə ciddi maneələr törədir. Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur oluruq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti