...

Bakı-Quba avtomobil yolunun bir hissəsi bağlanır

Cəmiyyət Materials 16 Sentyabr 2016 17:43 (UTC +04:00)
Sentyabrın 17-18-də Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bakı-Quba avtomobil yolunun bir hissəsi bağlanır

Bakı. Trend:

Sentyabrın 17-18-də Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə DİN Baş DYP İdarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq 17 sentyabr 2016-cı il tarixdə saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, 18 sentyabr 2016-cı il tarixdə saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şosesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xirdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti